Azərbaycanda sənaye istehsalı 3% azalıb

Azərbaycanda sənaye istehsalı 3% azalıb
# 13 iyun 2012 13:28 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Ecnomics»ə verilən məlumata görə, sənaye məhsulunun 77,5%-i mədənçıxarma bölməsində, 17,1%-i emal bölməsində, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8% artıb, neft-qaz sektorunda isə 5,1% azalıb.

Mədənçıxarma bölməsində ötən ilin yanvar-may ayları ilə müqayisədə məhsul istehsalı 5,4% azalıb: «Beş ay ərzində 18,5 mln. ton neft, 7,4 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub».

Emal bölməsində məhsul istehsalı 14,6% artıb, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 5%, içki istehsalı 14,4%, toxuculuq sənayesi məhsulları istehsalı 2 dəfə, geyim istehsalı 1,8 dəfə, poliqrafiya fəaliyyəti 2 dəfə, rezin və plastmas məmulatları istehsalı 3,7 dəfə, tikinti materialları istehsalı 19,5%, metallurgiya sənayesi məhsulları istehsalı 10,7%, hazır metal məmulatları istehsalı 1,9 dəfə, kompüterlər və digər elektron avadanlıqları istehsalı 17,5 dəfə, elektrik avadanlıqları istehsalı 3,3 dəfə, maşın və avadanlıqlar istehsalı 37,7%, sair nəqliyyat vasitələri istehsalı 15,1%, mebel istehsalı 3,9 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 53,3% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 3,4% artıb. Belə ki, hesabat dövründə ölkədə 9,1 mlrd. kVt/saat və ya keçən ilki səviyyədən 9,6% çox elektrik enerjisi istehsal olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 2,5% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR