Zaqatalada baş vermiş yol qəzasında bir nəfər ölüb, daha bir nəfər ağır xəsarət alıb

Zaqatalada baş vermiş yol qəzasında bir nəfər ölüb, daha bir nəfər ağır xəsarət alıb
# 16 oktyabr 2012 17:09 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ölümlə nəticələnən ağır yol qəzası bu gün axşam saatlarında Zaqatala-Muxax yolunun 11-ci kilometrliyində baş verib. 1969-cu il təvəllüdlü, Zaqatala rayonu Çobankol kənd sakini, Hacıxanov Mərdan Cahangir oğlunun idarə etdiyi VAZ-2107 markalı, 62 BF 591 dövlət nişan nömrəli avtomobillə, 1958-ci il təvəllüdlü Zaqatala şəhər sakini, İsayev Zəkəriyyə Saleh oğlunun idarə etdiyi “Niva” markalı 62 BA 964 dövlət nişan nömrəli avtomobil qarşı-qarşıya toqquşub. Baş vermiş qəza nəticəsində “Niva” markalı avtomobilin sürücüsü Zəkəriyyə İsayev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Digər avtomobilin sürücüsü Mərdan Hacıxanov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına(MRX) yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR