«PAŞA Həyat Sığorta» şirkəti nizamnamə kapitalını kəskin artırır

«PAŞA Həyat Sığorta» şirkəti nizamnamə kapitalını kəskin artırır
# 05 mart 2012 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «PAŞA Həyat Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 150 manat, sayı 7 min ədəd, emissiyanın ümumi həcmi isə 15,050 mln. manat təşkil edir.

Emissiya «PAŞA Həyat Sığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 1 000 manat olan 7 min ədəd və 7 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 2,15 dəfə artaraq 15,050 mln. manata çatacaq.

Qeyd edək ki, «PAŞA Həyat Sığorta» şirkəti 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralında verilib. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR