Amerikalı professor Azərbaycanda qlobal liderlərin hazırlanması və ictimai liderlik mövzuları üzrə təqdimatlar keçirilib

Amerikalı professor Azərbaycanda qlobal liderlərin hazırlanması və ictimai liderlik mövzuları üzrə təqdimatlar keçirilib
# 24 iyul 2012 07:59 (UTC +04:00)
APA-nın məlumatına görə, iyulun 18-dən 24-dək ABŞ Azərbaycandakı səfirliyin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan S. Potolikio 8 şəhərdə Azərbaycan gənclərinə mühazirə oxuyub. O, iyulun 24-də Bakıda İRƏLİ İctimai Birliyi, Bakı Amerika Mərkəzində və ABŞ Təhsilli Məzunlar Birliyində “Necə təlimçilik etmək, necə öyrətmək” və “Qlobal liderlərin hazırlanması” adlı mühazirələr və Azad Fikir Universitetinin nümayəndələri üçün “Effektiv ünsiyyət və ictimai liderlik” adlı mühazirə oxuyub.

Qeyd edək ki, bu səfər “Amerikalı natiqlər silsiləsi” proqramı çərçivəsində baş tutur və iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədi daşıyır. S. Potolikio Prinston İcmalı tərəfindən 2011-ci ilin “ən yaxşı professoru” adına layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR