Paşha Bank
Bank Of Baku

“Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” 2032–2040-cı illərdə istismara veriləcək

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov

© APA | Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov

# 25 sentyabr 2026 16:34 (UTC +04:00)

“Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” üzrə yekun investisiya qərarı 2029-cu ildə veriləcək

“Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi nəzərdə tutulur.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: çətinliklər və imkanlar” adlı sessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, ümumi ötürmə gücü təxminən 4,4 QVt olan “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırma layihənin texniki və iqtisadi baxımdan mümkünlüyünü təsdiqləyib.

Onun sözlərinə görə, dəhlizin mərhələli şəkildə 2032–2040-cı illərdə istismara verilməsi planlaşdırılır.

Pərviz Şahbazov qeyd edib ki, dəhliz tam fəaliyyətə başladıqda ildə 20 tVt-saatdan çox elektrik enerjisinin ixracına imkan verəcək.

Nazir vurğulayıb ki, layihənin əhəmiyyəti yalnız elektrik enerjisinin ötürülməsi ilə məhdudlaşmır və Azərbaycanla Avropa arasında enerji sistemləri, iqtisadiyyatlar və investisiya imkanlarını birləşdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR