İraqdakı əməliyyatlar ABŞ-a gündəlik 7,5 milyon dollara başa gəlir

İraqdakı əməliyyatlar ABŞ-a gündəlik 7,5 milyon dollara başa gəlir
# 30 avqust 2014 03:31 (UTC +04:00)

Bakı-APA. İraqda əməliyyatların keçirilməsi ABŞ-a gündəlik 7,5 milyon dollara başa gəlir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi deyib.

Onun sözlərinə görə, ümumilikdə bu məqsədlərə 500 milyon dollaradək vəsait xərclənib.

Qeyd edək ki, ABŞ hazırda “İslam Dövləti” qruplaşmasının İraqdakı mövqelərinə havadan zərbələr endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR