ABŞ-da baş verən iğtişaşlarda ölən polislərin sayı beşə çatıb - YENİLƏNİB-1

ABŞ-da baş verən iğtişaşlarda ölən polislərin sayı beşə çatıb - <span style="color: red;">YENİLƏNİB-1
# 08 iyul 2016 09:20 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Dallas şəhərində iğtişaşlarda ölən polislərin sayı beşə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Dallas polisinin Twitter səhifəsində məlumat verilib.

Bundan əvvəl toqquşmalarda 4 polisin həlak olduğu açıqlanmışdı.

***

saat 08.56

Bakı-APA. Dallasda iğtişaşlar zamanı dörd polis əməkdaşı həlak olub, daha 11 nəfəri yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsinin açıqlamasında bildirilir.

Luiziana və Minesota ştatlarında iki qaradərili şəxsin polis əməkdaşları tərəfindən qətlə yetirilməsinin səbəb olduğu iğtişaşlar zamanı naməlum şəxslər Diley Plaza rayonu ərazisində asayiş keşikçilərinə snayper tüfənglərindən atəş açıblar. Nəticədə dörd polis əməkdaşı hadisə yerində həlak olub, daha on biri ağır yaralanıb. Onlardan üçünün vəziyyətinin kritik olduğu bildirilir.

Atəş açan şəxslər hadisə yerini tərk ediblər.

Polis rəisi Devid Braun bildirib ki, atəş iki silahlı tərəfindən açılıb. Onun sözlərinə görə, həmin şəxslər polis əməkdaşlarını Dallasın mərkəzində partlayış törətməklə hədələyiblər.

Son məlumata görə, polis əməkdaşlarına atəş açan şəxslər saxlanılıb. Onlardan biri könüllü şəkildə polis idarəsinə gələrək təslim olub, digərini isə xüsusi təyinatlılar saxlayıb. Polis bir qədər əvvəl könüllü təslim olan şəxsin şəklini yayaraq, barəsində axtarış elan etmişdir.

****.08.12

Bakı-APA. ABŞ-ın Dallas ştatında iğtişaşlar zamanı 3 polis əməkdaşı öldürülüb, yeddisi isə yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə “Fox News” yerli polis idarəsinin rəisinə istinadən xəbər yayıb.

Luiziana və Minesota ştatlarında iki qaradərili şəxsin polis əməkdaşları tərəfindən qətlə yetirilməsinin səbəb olduğu iğtişaşlar zamanı naməlum şəxs Diley Plaza rayonu ərazisində asayiş keşikçilərinə snayper silahından atəş açıb. Nəticədə üç polis əməkdaşı hadisə yerində həlak olub, daha yeddisi ağır yaralanıb. Onlardan üçünün vəziyyətinin kritik olduğu bildirilir.

Atəş açan şəxs hadisə yerini tərk edib.

Qeyd edək ki, ABŞ-da qaradərili vətəndaşlara qarşı baş vermiş növbəti polis zorakılığı əhali arasında kəskin etirazlara və iğtişaşlara səbəb olub.

APA-nın daha əvvəl verdiyi xəbərə görə, Minesota ştatında sənəd yoxlamaq məqsədilə avtomobili saxlayan polis əməkdaşları sükan arxasındakı 32 yaşlı qaradərili Filando Kastilə atəş açaraq öldürüb.

Məlumata görə, insident zamanı avtomobildə sürücünün uşağı və yoldaşı olub.

Hadisənin əks olunduğu video sosial şəbəkələrdə yayılıb və əhali arasında kəskin etiraza səbəb olub.

Polis hadisə yerində silahın tapıldığını bildirib.

Analoji hadisə Luiziana ştatında baş verib. Burada asayiş keşikçiləri qaradərili Alton Sterlinqə atəş açaraq öldürüblər. İnsident Baton Ruj şəhərində iyulun 5-nə keçən gecə baş verib.

Bu hadisənin də əks olunduğu video sosial şəbəkələrdə yayılıb. Kadrlarda göründüyü kimi, iki polis əməkdaşı qaradərili şəxsi saxlamağa cəhd edərkən ona atəş açırlar. İki güllə yarası almış 37 yaşlı Alton Sterlinq hadisə yerində keçinib.

Qeyd edək ki, yerli statistikaya əsasən, 2016-cı ildə ABŞ-da polis əməkdaşlarının iştirakı ilə 505 qətl hadisəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR