Bank Of Baku

Mövlud Çavuşoğlu: "Astana prosesi çərçivəsində Suriyada gördüyümüz işlərin nəticələrini pozmağa çalışan oyunçular var"

Mövlud Çavuşoğlu: "Astana prosesi çərçivəsində Suriyada gördüyümüz işlərin nəticələrini pozmağa çalışan oyunçular var"
# 28 aprel 2018 14:49 (UTC +04:00)

"Astana prosesində çərçivəsində gördüyümüz işlərin nəticələrini pozmağa çalışan oyunçular var". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada keçirilən Suriya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya-Türkiyə-İran XİN başçılarının görüşündə bilirib.

 

Onun sözlərinə görə, Astana prosesi çərçivəsində əldə olunan razılaşmaların həyata keçirilməsi vacibdir: "Bizim gündəliyimizdə duran əsas məsələ Suriyanın ərazi bütövlüyü, suverenliyi, sülh və münaqişənin siyasi yolla nizamlanmasıdır. Biz Suriyanın ərazi bütövlüyünü qərarlı olaraq dəstəkləyirik. Yerlərdə bir sıra pozuntuları, problemlər olmasına baxmayaraq, əminəm ki, əgər biz üçlükdə işləməyə davam etsək, ədalətli qərarlarımızı yerinə yetirsək, bura Konstitusiya komitəsinin formalaşdırılması daxildir, Suriya xalqına əsas məqsədə nail olmağa kömək edə bilərik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR