Bank Of Baku

AZCON Holding beynəlxalq nüfuza malik “Great Place to Work®” sertifikatına layiq görülüb

AZCON Holding beynəlxalq nüfuza malik “Great Place to Work®” sertifikatına layiq görülüb
# 07 avqust 2026 12:42 (UTC +04:00)

AZCON Holding iş yeri kimi güclü tərəflərini və inkişaf imkanlarını müəyyən etmək, əməkdaş məmnuniyyətini və iş mühitinin keyfiyyətini daha dərindən qiymətləndirmək məqsədilə 2026-cı ildə beynəlxalq qiymətləndirmədə iştirak edib.

Sorğu iş yeri mədəniyyətinin qiymətləndirilməsi sahəsində beynəlxalq nüfuza malik və bu istiqamətdə artıq 30 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində minlərlə təşkilatla əməkdaşlıq edən müstəqil ekspertiza təşkilatı olan “Great Place to Work®️” tərəfindən həyata keçirilib.

Qiymətləndirmə nəticələrinə əsasən, AZCON Holding ölkə və beynəlxalq standartlarla müqayisədə gözləntiləri üstələyən nəticə əldə etməklə “Great Place to Work®️” sertifikatına layiq görülüb.

İşçi rəyləri əsasında əldə olan göstəricilərə əsasən, işçilərin 97%-i bu Holdinqdə işləməklə fəxr edir, 96%-i AZCON-da özünü xoşbəxt hiss edir və 87%-i ümumilikdə korporativ mədəniyyətdən və işəgötürəndən məmnundur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR