Polşa ABŞ-dan “Patriot” zenit raket kompleksləri alacaq

Polşa ABŞ-dan “Patriot” zenit raket kompleksləri alacaq
# 21 aprel 2015 19:06 (UTC +04:00)

Bakı-APA. Polşa hökuməti Müdafiə Nazirliyinin ABŞ istehsalı olan “Patriot” zenit raket komplekslərinin alınması ilə bağlı sifarişi dəstəkləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Polşa Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Ölkə prezidenti Bronislav Komorovski həmçinin qeyd edib ki, Polşa 5 mlrd dollar dəyəri olan sazişin əldə olunması üçün ABŞ ilə birbaşa danışıqlar aparacaq.

“Patriot” zenit raket kompleksləri Raytheon şirkəti tərəfindən istehsal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR