“Unibank” regionlarda filial şəbəkəsini genişləndirir

“Unibank” regionlarda filial şəbəkəsini genişləndirir
# 20 avqust 2014 08:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Unibank” daha bir filialını Xaçmazda açıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsi, 19A ünvanında yerləşən yeni filial, Xaçmaz və ətraf rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək.

Filial pərakəndə, həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin verilməsi ilə məşğul olacaq.

Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı ilə baş ofis də daxil olmaqla, “Unibank”ın filial şəbəkəsi 37-yə çatıb. Müştərilərinə bütün həftəni xidmət etmək üçün bankın filialları, şənbə günlərini də tam iş qrafikində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR