Avstriya xarici işlər naziri ölkəsinin ATƏT-ə sədrliyinin prioritetlərini açıqlayacaq

Avstriya xarici işlər naziri ölkəsinin ATƏT-ə sədrliyinin prioritetlərini açıqlayacaq
# 12 iyul 2016 07:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avstriyanın xarici işlər naziri Sebastian Kurz iyulun 14-də ATƏT-in Daimi Şurasında ölkəsinin gələn il ATƏT-ə sədrliyi dövründəki prioritetlərini açıqlayacaq.

APA-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat verilib.

Qeyd edək ki, 2017-ci ilin yanvarın 1-dən ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçəcək.

Daimi Şura təşkilatın əsas qərarverici orqanlarından biridir və ATƏT məkanında baş verən hadisələrin müzakirəsi və müvafiq qərarlar qəbul edilməsi məqsədilə həftədə bir dəfə toplanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR