Qırğızıstan parlamentinin sədri Milli Məclisin deputatı Fəttah Heydərovla parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə edib

Qırğızıstan parlamentinin sədri Milli Məclisin deputatı Fəttah Heydərovla parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə edib
# 28 oktyabr 2014 16:05 (UTC +04:00)

Bakı – APA. Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekov Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovu qəbul edib.

APA-nın «knews.kg» saytına istinadən verdiyi məlumata görə, görüşdə parlamentlərarası əməkdaşlığın perspektivləri, iqtisadi tərəfdaşlıq potensialının genişləndirilməsi imkanları, habelə TürkPA Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

F. Heydərov bildirib ki, TürkPA Ağsaqqallar Şurasının VIII iclasının yekunlarına əsasən mənzil-qərargahı Bişkekdə olacaq köçəri mədəniyyətin Beynəlxalq Mərkəzinin yaradılması tövsiyyə edilib. O qeyd edib ki, bu qərar qurumun növbəti iclasında müzakirəyə çıxarılacaq.

Öz növbəsində A. Jeenbekov ümidvar olduğunu bildirib ki, Ağsaqqallar Şurasının fəaliyyəti dövlətlər arasında bütün sahələrdə, o cümlədən iqtisadi əlaqələrin inkişafı, dil və mədəni yaxınlaşma istiqamətində yeni ideya və layihələr üçün əsas olacaq. O, həmçinin Bakı-Bişkek aviareysinin açılmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR