Prezident İlham Əliyev Tacikistanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

Prezident İlham Əliyev Tacikistanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib  - <span style="color: red;">FOTO
# 01 fevral 2013 13:39 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev fevralın 1-də Tacikistanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovun etimadnaməsini qəbul edib. APA-nın məlumatına görə, sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

Dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb.

Prezident Azərbaycanla Tacikistan arasında əməkdaşlığın ikitərəfli formatda və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib, səfirə fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. Tacikistanlı diplomat ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR