İtaliya XİN rəhbəri: “İranla ticarət əlaqələrimizi tezliklə bərpa edəcəyik”

İtaliya XİN rəhbəri: “İranla ticarət əlaqələrimizi tezliklə bərpa edəcəyik”
# 16 iyul 2015 12:28 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. “İtaliya yaxın vaxtlarda İranla iqtisadi-ticarət əlaqələrini bərpa etmək niyyətindədir”.


APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İtaliyanın xarici işlər naziri Paolo Centiloni deyib.


Onun sözlərinə görə, İtaliya İranla ticarət razılaşmalarına dair öz məqsədlərinə nail olmaq uğrunda mübarizə aparacaq: “İtaliyanın İranla ənənəvi münasibətlərinin tarixi var və yaxın həftələrdə hökumət bu münasibətləri bərpa edəcək. İtaliya hökuməti İranla “altılıq” arasında əldə olunan razılaşmanı alqışlayır və əldə edilmiş razılaşmanın həm qlobal, həm də regional səviyyədə müsbət effekt verəcəyinə inanır”.


Xatırladaq ki, iyulun 14-də Vyanada İran və “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında İranın nüvə proqramına dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR