Cəmil Çiçək Rusiyaya səfər edib

Cəmil Çiçək Rusiyaya səfər edib
# 14 aprel 2015 08:30 (UTC +04:00)

Bakı – APA. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Rusiya Federasiyasına rəsmi səfərə gedib. APA-nın “Cihan” agentliyinə istinadən verdiyi xəbərə görə, C. Çiçək Moskvada Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko və digər rəsmi şəxslərlə görüşəcək.

Moskvadakı proqramını tamamladıqdan sonra C. Çiçək Rusiya Federasiyasının Tatarıstan Respublikasına yola düşəcək. O, Kazanda Tatarıstan prezidenti Rüstəm Minnixanov və Tatarıstan Dövlət Şurasının sədri Fərid Muxamedşin ilə görüşlər keçirəcək. TBMM ilə Tatarıstan Dövlət Şurası arasında Memorandum imzalanması gözlənilir. C. Çiçəkin Kazan Universitetində çıxışı da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR