Daşkəsəndə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var - YENİLƏNİB

Daşkəsəndə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 26 iyul 2016 19:32 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Daşkəsəndə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “PAZ” markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində Göygöl rayon Çaykənd kənd sakini, 1996-cı il təvəllüdlü Yusif Nəcəfov ölüb, bir neçə nəfər isə xəsarət alıb. Xəsarət alan Zəylik kənd sakinləri 1994-cü il təvəllüdlü Tural Cəlalov və həmyaşıdı Fərid Dalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR