Lənkəranda şəhid əsgərin xatirəsi anılıb - FOTO

Lənkəranda şəhid əsgərin xatirəsi anılıb - <span style="color: red;">FOTO
# 13 aprel 2015 11:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda şəhid Rəşid Dadaşovun anım günü keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbir şəhid əsgərin məzarının ziyarət edilməsi ilə başlayıb. Daha sonra anım tədbiri şəhidin adını daşıyan Sütərmürdov kənd orta məktəbində davam etdirilib. Təhsil ocağının müəllimləri Rəşid Dadaşovla bağlı xoş xatirələrini bölüşüblər. Çıxışlarda şəhidin şərəfli ömür yolundan söz açılıb, onun xatirəsinin daim qəlblərdə yaşayacağı bildirilib. Sonda məktəbin şagirdləri Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər ifa ediblər.

Qeyd edək ki, 1975-ci il aprelin 12-də Lənkəranın Sütəmürdov kəndində anadan olan Rəşid Dadaşov 1994-cü ilin yanvarında hərbi xidmətə yola düşüb. Həmin ilin aprelində Ağdam rayonunun Güllücə kəndində qəhrəmancasına şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR