Sinxron üzgüçülərin yarışında Azərbaycan dueti 18-ci olub - FOTOSESSİYA

Sinxron üzgüçülərin yarışında Azərbaycan dueti 18-ci olub - <span style="color: red;">FOTOSESSİYA
# 12 iyun 2015 08:10 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yarış sinxron üzgüçülərin mübarizəsi ilə başlayıb.

Bakı Su İdmanı Mərkəzində qüvvəsini sınayan duetlər təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetiriblər. Mərkəzin hovuzunda ümumilikdə 20 duet mübarizə aparıb.

Rusiyalılar Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi olublar. Ukraynalılar Yana Narejina və Yelizaveta Yaxno (87,5333) 2-ci, ispaniyalılar Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) 3-cü pilləyə sahib çıxıblar.

Bu üç duetlə yanaşı, Avstriya, İtaliya, Yunanıstan, Fransa, Belarus, Hollandiya və İsveçrə təmsilçiləri də medallar uğrunda mübarizəni final mərhələsində davam etdirəcəklər.

Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina 71,4333 bal toplamaqla, 20 idmançı arasında 18-ci yerdə qərarlaşıblar. Həlledici mərhələyə yüksələn 10 ən güclü sırasına düşməyən idmançılarımız mübarizəni dayandırıb. İlk 10 pillənin sahibləri isə iyunun 15-də qalibləri müəyyənləşdirəcəklər. Final mərhələsi saat 10:00-da başlayacaq.

Qeyd edək ki, yarışların tarixində mübarizəyə qoşulan ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR