Peskov: Rusiya rejimlərin dəyişdirilməsi ilə məşğul olmur

Peskov: Rusiya rejimlərin dəyişdirilməsi ilə məşğul olmur
# 14 sentyabr 2015 21:42 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Mən bir daha xatırladıram. Həm xarici işlər naziri, həm də prezident səviyyəsində rəsmi Moskva dəfələrlə bəyan edib ki, rejimlərin dəyişdirilməsi ilə məşğul olmur. Suriyanın taleyini gizli danışıqlar yox, Suriya xalqı həll etməlidir”, deyə D.Peskov bildirib.

Xatırladaq ki, “Bloomberg” agentliyi Rusiyanın Suriya lideri Bəşər Əsədin hakimiyyətdən devrilməsi üçün danışıqlar apardığına dair məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR