Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 May - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 May - <span style="color: red;">VİDEO
# 30 may 2015 17:10 (UTC +04:00)

“Britaniyasız Avropa İttifaqı” görüntüsü yaratmaq... Devid Kemeron ümid edir ki, avropalı siyasilər bu mənzərəni bir anlıq göz önünə gətirsələr, Britaniya ilə hesablaşmalı olacaqlar... Avropa İttifaqının görməzlikdən gəldiyi mənzərə isə real, lakin ürəkaçan deyil... “Britaniyasız Avropa İttifaqı” zəifləmiş, anqlosakson ağırlığından məhrum olmuş, siyasi balansın pozulduğu bir siyasi institut olacaq. Təkcə Britaniyanın deyil, hətta zəif Şərqi Avropa ölkəsinin belə Avropa İttifaqını tərk etməsi qurumun imicinə zərbə vuracaq, üstəlik rəqibləri gücləndirəcək. Britaniyanın timsalında müttəfiq itirməyin iqtisadi, siyasi, sosial zərərlərini hesablamaq çətin deyil. Təkcə bu qərarla Avropa İttifaqının mühacir yükünün hər il 50 min nəfərədək artmasını qeyd etmək kifayətdir. Avropaya mühacir axını artır, Britaniya mühacirləri qəbul etmədikdən sonra onlar məcburi qaydada digər Avropa İttifaqı ölkələrinə üz tutacaqlar. Bu, onsuz da iqtisadi problemlərlə əlləşən ittifaqın külli miqdarda əlavə xərcə düşməsi demək olacaq. 50 min əlavə mühacir və yüz milyonlarla əlavə xərc tabloda Avropa İttifaqının qarşısına yazılacaq minuslardan yalnız biridir. Avropalılar bu ehtimalı hələlik gözardı etsə də, London artıq Avropa İttifaqının uğrayacağı zərərləri hesablayıb, elə buna görə də açıq şəkildə Paris və Berlinə təzyiq edir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR