Baş nazirin müavini: "Azərbaycanla Serbiya arasında viza rejimi ləğv oluna bilər"

Baş nazirin müavini: "Azərbaycanla Serbiya arasında viza rejimi ləğv oluna bilər"
# 28 sentyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan və Serbiya arasında vizasız gediş-gəliş mümkün ola bilər".

"APA-Economics"in məlumatına görə, bunu Serbiyanın baş nazirinin müavini, turizm, ticarət və telekommunikasiya naziri Rasim Lyayiç bildirib.

R. Lyayiç bildirib ki, bu məsələ bu gün Bakıda keçirilən Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının növbəti iclasında müzakirə olunub: "Əsas təkliflər iki ölkə arasında biznes tərəfdaşlığının qurulması, Azərbaycan və Serbiya arasında viza rejiminin ləğvi, Belqrad-Bakı birbaşa aviareysinin açılması və infrastrukturun yaxşılaşdırılması, gediş-gəlişin asanlaşdırılması üçün bir sıra vacib məsələlərlə bağlı olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR