Azərbaycan filmləri Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edir

Azərbaycan filmləri Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edir
# 11 sentyabr 2015 09:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan filmləri 16-cı “Altın Safran” Beynəlxalq Sənədli Filmlər Festivalında iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Türkiyənin Safranbolu şəhərində keçirilən festivalda Azərbaycanı rejissor Adil Azay dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkdiyi “Xəlvətdə qalmış müdrik” və “Azanfilm” studiyasına çəkdiyi “Vulkanın nəfəsi” sənədli filmləri ilə təmsil edəcək.

“Xəlvətdə qalmış müdrik” filmi görkəmli sufi filosofu, “Xəlvətiyə” təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvidən, “Vulkanın nəfəsi” filmi isə Azərbaycanda geniş yayılmış palçıq vulkanlarından bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR