Göyərtəsində 224 nəfər olan Rusiya təyyarəsi Misirdə qəzaya uğrayıb - VİDEO

Göyərtəsində 224 nəfər olan Rusiya təyyarəsi Misirdə qəzaya uğrayıb - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2015 09:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, təyyarə bu gün səhər uçuşdan 23 dəqiqə sonra Kipr yaxınlığında radarlardan itib.

Rusiya Aviasiya Xidmətindəki mənbə bildirib ki, təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxıb.

Göyərtəsində 217 sərnişin və 7 heyət üzvü olub. Bir qədər sonra Rusiya təyyarəsinin qalıqları Misirin Sinay yarımadasının mərkəzidə tapılıb.

“youm7.com” saytının verdiyi məlumata görə, Misir təhlükəsizlik qüvvələri hadisə yerinə baxış keçirir. Əl-Ariş şəhərindən 20 təcili yardım avtomobilləri faciə qurbanlarının evakuasiyası üçün yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR