Zaqatalanın icra başçısı: “Bir neçə günə Lahıc kəndindəki evlərə də baxış keçiriləcək”

Zaqatalanın icra başçısı: “Bir neçə günə Lahıc kəndindəki evlərə də baxış keçiriləcək”
# 21 fevral 2013 12:55 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada bir qrup şəxs aksiya keçirməyə cəhd edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Lahıc kəndindən olan bir qrup qadın Xaldan-Balakən magistral yolunu bağlamağa cəhd göstərib. Onlar ötən ilin may ayında baş verən zəlzələ nəticəsində evlərinə ziyan dəydiyini, buna görə də komissiyalar tərəfindən evlərinə baxış keçirilməsini istədiklərini bildiriblər.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayon Polis Şöbəsinin rəisi Arif Babayev və rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kənd sakinləri ilə görüşüblər.

İcra başçısı bildirib ki, yaxın günlərdə müvafiq komissiyalar Lahıc kəndindəki tikililərə də baxış keçirəcək: “Komissiyalar hazırda işləyir. Onlar digər kəndlərdə araşdırma aparırlar. Bütün kəndlərə eyni vaxtda baxış keçirmək mümkün deyil. Bir neçə günə Lahıc kəndindəki evlərə də baxış keçiriləcək”.

İcra başçısının sakinlərlə söhbəti başa çatdıqdan sonra onlar dağılışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR