“Azərişıq” ASC-nin əsas hədəflərindən biri də ölkədə bütün abonentlərini smart kart tipli sayğacları ilə təmin edilməsidir".
“”APA-Economics“in məlumatına görə, bunu Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov “Elektron hökumətlə bağlı “Azərişıq” ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda ölkə üzrə 2 milyon 600 mindən çox abunəçi mövcuddur: “Onların böyük əksəriyyəti artıq smart kart sayğacı ilə təmin edilib. Digər abunəçilərin sayğacları yeni smart kart sayğacları ilə əvəz edilir".
O bildirib ki, il ərzində təxminən 300 min abunəçinin smart kart sayğacı ilə təmin etmək mümkündür.