Bank Of Baku

“Azərişıq” bütün abonentlərini smart kart tipli sayğaclarla təmin edəcək

“Azərişıq” bütün abonentlərini smart kart  tipli sayğaclarla təmin edəcək
# 27 aprel 2018 10:53 (UTC +04:00)

“Azərişıq” ASC-nin əsas hədəflərindən biri də ölkədə bütün abonentlərini smart kart  tipli sayğacları ilə təmin edilməsidir".

 

“”APA-Economics“in məlumatına görə, bunu Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov “Elektron hökumətlə bağlı “Azərişıq” ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu” mövzusunda keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, hazırda ölkə üzrə 2 milyon 600 mindən çox abunəçi mövcuddur: “Onların böyük əksəriyyəti artıq smart kart sayğacı ilə təmin edilib. Digər abunəçilərin sayğacları yeni smart kart sayğacları ilə əvəz edilir".

 

O bildirib ki, il ərzində təxminən 300 min abunəçinin smart kart sayğacı ilə təmin etmək mümkündür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR