«Bank SilkWay» nizamnamə kapitalını artırır

«Bank SilkWay» nizamnamə kapitalını artırır
# 26 aprel 2013 14:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank SilkWay» ASC-nin adi adlı sənədsiz səhmlərinin yeni emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 138 manat, sayı 170 590 ədəd, emissiyanın ümumi həcmi isə 23 541 420 manat təşkil edir.

Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 33,5% artaraq 93,733 mln. manata çatacaq.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir.

Bu ilin aprelin 1-nə bankın aktivləri 179,3 mln. manat, kredit portfeli 78 mln. manat, depozit portfeli 69,7 mln. manat, məcmu kapitalı 76,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 70,2 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR