Bank Of Baku

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 15%-ə yaxın artıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 15%-ə yaxın artıb
# 19 noyabr 2026 11:13 (UTC +04:00)

Bu ilin ilk 10 ayında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 254 milyon ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə ticarət dövriyyəsinin həcmində 14,6% artım qeydə alınıb.

Yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarətində Azərbaycanın payı 5,4%-ə bərabər olub. Azərbaycan qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Çin, Rusiya və ABŞ-dan sonra beçinci yeri tutub.

Gürcüstandan Azərbaycana 648 milyon ABŞ dolları dəyərində məhsul ixracı həyata keçirilib, bu isə ötən ilin eyni göstəricisindən 10,2% çoxdur. Azərbaycan 9,4% payla Gürcüstanın əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Çindən sonra üçüncü olub.

Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların həcmi isə ötən ilin eyni dövrünə nisbətdə 19,5% artaraq 606 milyon ABŞ dolları təşkil edib. Azərbaycan 3,7% payla Gürcüstanın əsas idxal tərəfdaşları sırasında Türkiyə, Çin, ABŞ, Rusiya və Almaniyadan sonra altıncı yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri illik müqayisədə 9,6% artaraq 23,1 milyard ABŞ dolları təşkil edib. İxracın həcmi 6,87 milyard ABŞ dolları, idxalın həcmi isə 16,20 milyard ABŞ dollarına bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR