Bank Of Baku

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 27 aprel 2018 10:47 (UTC +04:00)

Aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 23-28,  Bakıda gecə 12-14, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, gündüz bəzi qərb rayonlarında, axşam isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi  yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Aprelin 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 29-da atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da əlverişsizdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR