Bakıda avtomobilin vurduğu 78 yaşlı qadın xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu 78 yaşlı qadın xəstəxanada ölüb
# 09 mart 2015 08:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, hadisə Neftçilər prospektində 131 ünvanının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Nəbi Mahal oğlu Rüstəmov idarə etdiyi 10-SP-081 dövlət nömrə nişanlı, “VAZ 2107 ” markalı avtomobillə yolu keçən piyada, 1937-ci il təvəllüdlü Elmira Rəsul qızı Quliyevanı vurub.

Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən E. Quliyeva orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR