Yunanıstanın xarici işlər naziri: “TAP layihəsi Azərbaycanı bizə daha da yaxın edir”

Yunanıstanın xarici işlər naziri: “TAP layihəsi Azərbaycanı bizə daha da yaxın edir”
# 13 fevral 2013 14:15 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu Yunanıstanın xarici işlər naziri Dimitris Avramapulos sazişin imzalanma mərasimində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, hökumətlərarası saziş digər layihələrlə rəqabətdə TAP-a üstünlük verəcək: “Bu sazişin verdiyi mesaj o qədər aydın və səslidir ki, TAP vasitəsilə bizə daha da yaxın olan Azərbaycanda eşidiləcək”.

Qeyd edək ki, bu gün Afinada Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan TAP qaz kəmərinin tikintisinə dair hökumətlərarası sazişin imzalanma mərasimi keçirilib. Sazişi Yunanıstanın xarici işlər naziri Dimitris Avramapulos, Albaniya baş nazirinin müavini Edmont Xadjinasto və İtaliyanın iqtisadi inkişaf naziri Korrado Passera imzalayıblar.

TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2017-ci ildə başlanacağı gözənilir və TAP kəmərinin tikintisinə 3 il lazım olacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.


Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir.


Xatırladaq ki, artıq ITGI və «Nabucco» üzrə də Azərbaycan tərəfinə təkliflər təqdim olunub. Ümumiyyətlə, «Cənub dəhlizi»nə TAP, ITGI (Türkiyə-Yunanıstan-İtaliya), AGRI (Azerbaijan-Georgia-Romania) və «Nabucco» layihələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR