Sumqayıtda və Bakıda batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib

 Sumqayıtda və Bakıda batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib
# 26 iyul 2016 18:38 (UTC +04:00)

Bakı – APA. Sumqayıtda və Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisələr Sumqayıt şəhərində və paytaxtın Xəzər rayonunda baş verib.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicisi hadisə yerlərinə cəlb olunaraq vətəndaşlarısudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR