"Amrahbank": Mərkəzi Bankın qərarı banklara daha az itkiyə getməklə öz açıq valyuta mövqelərini bağlamağa imkan verəcək

"Amrahbank": Mərkəzi Bankın qərarı banklara daha az itkiyə getməklə öz açıq valyuta mövqelərini bağlamağa imkan verəcək
# 12 mart 2015 08:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya bankları üçün açıq valyuta mövqeyi limitinin ləğv edilməsi ilə bağlı qərarı banklara yaranmış açıq valyuta mövqeyi limitini bağlamağa vaxt verəcək.

"APA-Economics"in sorğusuna cavab olaraq "Amrahbank"dan bildirilib ki, bununla da banklar daha az itkiyə getməklə öz açıq valyuta mövqelərini bağlaya biləcəklər.

"Son dövrlərdə manatın gözlənilən devalvasiyası prosesi baş verənə qədər və bundan sonra da əhalidə ABŞ dollarının məzənnəsi ilə bağlı narahatlıq yaranmış və bunun nəticəsində banklarda olan manat əmanətlərinin çox böyük məbləğdə və surətli şəkildə ABŞ dollarına keçirilməsi prosesi baş verib. Bu isə bankları məcbur edib ki, Mərkəzi Bankın banklara tətbiq etdiyi açıq valyuta mövqeyi limitini aşsınlar. Buna görə də Mərkəzi Bank bu məsələdə güzəştə gedərək banklara limitlərdən kənarlaşmağa icazə verib. Sözsüz ki, bu proseslər eyni ilə “Amrahbank”da da baş verib. Hal-hazırda “Amrahbank” yaranmış valyuta riskini maksimum dərəcədə operativ idarə edir və yaranmış qısa açıq valyuta mövqeyinin tədricən bağlanması üçün tədbirlər görür”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR