Nazir: “Azərbaycan qısa müddət ərzində yardım alan ölkədən orta gəlirli ölkəyə çevrilib”

Nazir: “Azərbaycan qısa müddət ərzində yardım alan ölkədən orta gəlirli ölkəyə çevrilib”
# 03 may 2015 08:52 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “İnkişaf Potensialı və İnkişaf Modellərinin yenidən nəzərdən keçirilməsi” mövzusunda keçirilən seminarda maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, buna iqtisadiyyatın transformasiyası nəticəsində nail olunub: “Biz Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılmasına nail olduq. Qısa müddət ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən 10 dəfə azaldı. Bir zamanlar əgər ölkədə yoxsulluğun səviyyəsi 50% idisə, indi 5%-dən də aşağıdır. Azərbaycanda 15 il əvvəl əhalinin mənfi artımı müşahidə edilirdi. Hazırda isə sağlam və sabit əhali artımı var. Bunu da sözsüz ki, ümumilikdə dövlətin rifahının artması ilə əlaqələndirmək olar”.

S. Şərifov əlavə edib ki, bu göstəricilər fiziki və sosial infrastruktura sərmayələrin yönəldilməsi hesabına baş verib.

Nazirin sözlərinə görə, iqtisadi artımın düzgün şəkildə istifadə edilməsi cəmiyyətə müsbət təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR