Azərbaycanda qaz hasilatı il ərzində 6%-dək azalıb

Azərbaycanda qaz hasilatı il ərzində 6%-dək azalıb
# 26 oktyabr 2015 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında SOCAR tərəfindən 580,2 min kubmetr qaz hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni ayı ilə müqayisədə 5,16% çoxdur. Bu ilin avqust ayı ilə müqayisədə isə SOCAR-ın qaz hasilatı 3,84% azalıb.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 570,2 min kubmetr, fevral ayında 519,1 min kubmetr, mart ayında 580,4 min kubmetr, aprel ayında isə 555,6 min kubmetr, may ayında 576,1 min kubmetr, iyun ayında 570,6 min kubmetr, iyul ayında 605,4 min, avqust ayında isə 603,4 min kubmetr qaz hasil edilib.

Bu ilin yanvar-sentyabr aylarında SOCAR tərəfindən ümumilikdə 5 161,0 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin ilk doqquz ayı ilə müqayisədə 6,43% azdır.

Bu ilin sentyabr ayında bütün ölkə üzrə 2 556 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 5,48% çoxdur. Bu ilin avqust ayı ilə müqayisədə isə bu rəqəm 38,6% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ölkə üzrə 2 496 min kubmetr, fevral ayında isə 2 330 min kubmetr, mart ayı üzrə 2 589,4 min kubmetr, aprel ayında 2 482,3 min kubmetr, may ayında 2 454,7 min kubmetr, iyun ayında isə 2 327 min kubmetr, iyul ayında isə 2 468 min, avqust ayında isə 1 844,2 min kubmetr qaz hasil edilib.

Bu ilin yanvar-sentyabr aylarında bütün ölkə üzrə ümumilikdə 21 547,6 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin doqquz ayı ilə müqayisədə 5,73% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR