Ağdamda mağaza yanıb

Ağdamda mağaza yanıb
# 15 iyul 2015 06:59 (UTC +04:00)

Bakı - APA. Ağdam rayonunun Ergi qəsəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 45 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki ərzaq malları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR