Bakıda Rusiya və Hindistan vətəndaşlarına qarşı soyğunçuluq edilib

Bakıda Rusiya və Hindistan vətəndaşlarına qarşı soyğunçuluq edilib
# 26 oktyabr 2015 10:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Rusiya və Hindistan vətəndaşına qarşı soyğunçuluq edilib.

APA-nın DİN-nin saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayon 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Rusiya Federasiyası vətəndaşı Georgiy Rostovşikovun içərisində 250 manat, 200 avro və 100 dollar, habelə mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almış Balakən rayon sakini Yadigar Qurbanov, Qəbələ rayon sakini Vasif Musayev və Sabirabad rayon sakini Bəhruz Məmmədov tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 25-də Səbail rayonu ərazisində “Bredro SHOK” neft şirkətinin mühəndisi, Hindistan vətəndaşı Vishal Kiron Sammeli bıçaqla hədələyib 50 manatını, sürücülük vəsiqəsini və 2 ədəd bankomat kartını almaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR