İstirahət günlərində Bakıda 3 nəfəri gün vurub

İstirahət günlərində Bakıda 3 nəfəri gün vurub
# 07 iyul 2014 10:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son 2 gündə ölkə ərazisində müşahidə olunan yüksək temperatur nəticəsində Bakıda 3 nəfəri gün vurub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, şənbə və bazar günü günvurma ilə bağlı 3 nəfər təcili yardıma müraciət edib. Onun sözlərinə görə, müraciət edənlərdən 2-si kişi, 1-i qadın olub. Onların hər birinə yerində ilkin tibbi yardım göstərilib.

O.Şahmalıyev qeyd edib ki, son 2 gündə 3 nəfər suda boğulub. 2-si kişi, 1-i qadın olan suda boğulanların hər biri xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR