Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 41 kilometrlik yolu əsaslı təmir olunub

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 41 kilometrlik yolu əsaslı təmir olunub
# 22 may 2015 06:42 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, hazırda Xırdalan - 10-cu blok post mənzilində 1 150 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə bu il martın 3-də start verilib və bu günə kimi 41 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR