Misir mətbuatı Ağdamın ermənilər tərəfindən işğalının 22-ci ildönümündən yazıb

Misir mətbuatı Ağdamın ermənilər tərəfindən işğalının 22-ci ildönümündən yazıb
# 23 iyul 2015 22:34 (UTC +04:00)

Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən zəbt olunduğu bildirilib.

Qeyd edilib ki, Ağdam rayonunun 882 kv kilometri işğal olunub, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edilib. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törədiblər.

Bəyanatda Ağdamın Qarabağ müharibəsində ən çox şəhid verən rayon olduğu, ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakininin şəhid olduğu diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR