İcbari Sığorta Bürosu üzrə 8048 sığorta tələbi qeydə alınıb

İcbari Sığorta Bürosu üzrə 8048 sığorta tələbi qeydə alınıb
# 06 aprel 2013 11:18 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi”ndə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 8048 sığorta tələbi qeydiyyata alınıb.

Bu barədə «APA-Economics»ə İSB-dan məlumat verilib.

Aprel ayının əvvəlinə olan məlumata əsasən, qeydiyyata alınmış sığorta tələblərindən 7821-i üzrə sığorta ödənişləri həyata keçirilib, 37 iş üzrə sığorta ödənişi verilməsindən imtina olunub, 190 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.

Sığorta tələbləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 11,9 mln. manatı ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR