ANAMA Cənubi Qafqaz Qaz Kəmərinin ətrafının partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayıb

ANAMA Cənubi Qafqaz Qaz Kəmərinin ətrafının partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayıb
# 01 oktyabr 2014 09:43 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cənubi Qafqaz Qaz Kəmərinin Ağstafa rayonundan keçən hissəsində ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayıb.

Bu barədə APA-ya eksklüziv açıqlamasında ANAMA-nın baş əməliyyat meneceri Samir Poladov məlumat verib.

Onun sözlərinə görə, ötən ay başlamış əməliyyatların 10 ay ərzində davam etməsi gözlənilir. Ümumilikdə ANAMA-nın mütəxəssisləri tərəfindən boru kəmərinin boyunca 36 kilometr uzunluğunda və ərazidən asılı olaraq müxtəlif endə ərazi yoxlanılacaq.

«Ötən əsrin 90-cı illərində Saloğlu sursat anbarının partlaması zamanı əraziyə mərmilər düşməsi ehtimalı var. Bundan əvvəl BTC kəmərinin keçdiyi ərazidə aparılan yoxlamalarda biz bununla qarşılaşmışdıq», - deyə S. Poladov vurğulayıb.

Qeyd edək ki, ANAMA dünyada əsas ixrac neft və qaz kəmərlərinin, bu tip infrastrukturların ərazilərinin təmizlənməsi sahəsində təcrübəyə malik az saylı təşkilatlardan sayılır. Küveyt Əmirliyi, İraq, Liviya və digər bir neçə ölkə bu sahədə ANAMA-nın imkanlarından istifadə etməyə maraqlı olduqlarını açıqlayıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR