“Yüksək Texnologiyalar Parkı”nın ərazisinin baş plan hazırlanıb

“Yüksək Texnologiyalar Parkı”nın ərazisinin baş plan hazırlanıb
# 06 avqust 2015 07:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Yüksək Texnologiyalar Parkı”nın tikintisi məqsədilə ayrılmış ərazinin Baş plan cizgiləri tam işlənib hazırlanıb.

APA-Economics”in məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov məlumat verib. Onun sözlərinə görə, “Yüksək Texnologiyalar Parkı”nın tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlıq, habelə parkın infrastrukturunun qurulması üçün layihələndirmə işləri memarlıq şirkəti ilə birlikdə təsdiq edilmiş iş qrafikinə uyğun həyata keçirilib.

V.Zeynalov əlavə edib ki, , “Yüksək Texnologiyalar Parkı”nda ilkin təsərrüfat binasının layihəsi hazırlanıb təsdiq edilib və layihə əsasında tikintisinin başa çatdırılması, inzibati binanın təməlqoyma mərasiminin keçirilməsi sentyabr ayının ortasına gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR