Qarabağ kanalından naməlum kişi meyiti tapılıb

Qarabağ kanalından naməlum kişi meyiti tapılıb
# 07 may 2008 19:21 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu - APA. Bu gün Qarabağ kanalının Yevlax rayonunda yerləşən “Eko” qaçqın düşərgəsinin yaxınlığından keçən hissəsində naməlum kişi meyiti tapılıb. APA-nın Qarabağ bürosunun Yevlax Şəhər Polis Şöbəsindən aldığı məlumata görə, meyitin üzərində heç bir zorakılıq əlaməti yoxdur. Buna görə də ölümün səbəbinin ilkin ehtimalı suda boğulmadır. Polis onu da qeyd edib ki, hələlik şəxsiyyəti müəyyənləşməyən şəxsin Qarabağ kanalının keçdiyi digər ərazilərdə də boğulması və cəsədin su axını ilə Yevlax ərazisinə gəlməsi mümkündür. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR