Heydər Əliyevin 85 illik yubileyi münasibətilə İlandağın ən hündür zirvəsinə yürüş təşkil olunub

Heydər Əliyevin 85 illik yubileyi münasibətilə İlandağın ən hündür zirvəsinə yürüş təşkil olunub
# 08 may 2008 11:39 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu-APA. Naxçıvanda İlandağın ən hündür “Heydər Əliyev zirvəsi”nə Azərbaycan və Türkiyə bayraqları sancılıb. APA-nın məlumatına görə, Heydər Əliyevin 85 illik yubileyi münasibətilə “Heydər Əliyev zirvəsi”nə yürüş təşkil olunub. AMEA Naxçıvan bölməsinin təşkil etdiyi yürüşdə regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbə və müəllimləri, Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun əməkdaşları, türkiyəli tələbələr iştirak edib. 21 nəfərlik heyət dağın ən yüksək zirvəsində - 2415 metr yüksəklikdə 2004-cü ildə qoyulmuş Heydər Əliyevin barelyefi ziyarət edərək eni 4, uzunluğu 8 metr olan bayraqları zirvəyə asıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR