Bakıda “Azərbaycan biznesinin Avropa potensialı” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Azərbaycan biznesinin Avropa potensialı” mövzusunda beynəlxalq konfrans keçirilir
# 12 may 2008 09:01 (UTC +04:00)
Tədbirdə çıxış edən Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov Azərbaycanın biznes imkanları barədə məlumat verib. M.Əhmədov bildirib ki, ötən il Azərbaycanın qeyri-neft sektorunda inkişaf 11% təşkil edib. Hazırda ölkədə 79 min hüquqi, 260 mindən artıq fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Avropa Hüquqşünaslar İttifaqının nümayəndəsi Joe Lemmer isə bildirib ki, Avropa iş adamları, şirkətlər Azərbaycanın iqtisadi inkişafını yaxından izləyir. Hazırda Azərbaycan şirkətləri də Avropa bazarlarına çıxmaq üçün planları nəzərdən keçirir.
Qeyd edək ki, konfransda Avropanın 7 ölkəsinin biznes dairələrinin nümayəndələri iştirak edir. Tədbirdə əsasən beynəlxalq məsləhətçilər tərəfindən Avropada qeydiyyat və vergi məsələləri üzrə təqdimatlar keçiriləcək, azərbaycanlı iş adamlarının Avropaya çıxışı ilə bağlı müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR