Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı təsis ediləcək

Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı təsis ediləcək
# 12 may 2008 11:29 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı təsis ediləcək. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruluculuğu məsələləri daimi komissiyasının bugünkü iclasında bildirilib. Komissiyanın sədri Əli Hüseynov deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalının əsasnaməsi və formasının təsviri təsdiq olunacaq. Ə. Hüseynov bu medalın orduda xidmət zamanı fərqlənən şəxslərə veriləcəyini deyib. Müzakirələrdən sonra sənəd parlamentə tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR