Mixail Şvıdkoy: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əvvəl iki ölkə ziyalılarının görüşünün keçirilməsini təklif etmişik” - VİDEO

Mixail Şvıdkoy: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əvvəl iki ölkə ziyalılarının görüşünün keçirilməsini təklif etmişik” - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2013 12:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib. O, Azərbaycan Xarici İşlər Nazirliyi ilə bu haqda məsləhətləşmə aparacaqlarını bildirib: “Biz daha əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əvvəl ziyalıların görüşməsinin mümkünlüyündən danışmışdıq. Belə bir görüş məqsədəuyğun olardı. Biz bu işlə uzun illərdir məşğuluq. İstənilən siyasi qərarları qəbul etmək olar, lakin xalqlar bu siyasi qərarların niyə qəbul olunduğunu anlamasa, həmin qərarlar həyata keçməyəcək”.

Erməni tərəfinin təklifə münasibət barədə sualı cavablandıran M. Şvıdkoyun sözlərinə görə, belə razılığa gəlinib ki, Azərbaycandakı seçkilərdən sonra bu məsələ üzrə məsləhətləşmələr davam etdirilsin.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR