Avropa Birliyi Rusiyadan Litva mallarının gücləndirilmiş yoxlanılmasına son qoymağı tələb edib - YENİLƏNİB

Avropa Birliyi Rusiyadan Litva mallarının gücləndirilmiş yoxlanılmasına son qoymağı tələb edib - <span style="color: red;">YENİLƏNİB
# 18 sentyabr 2013 00:31 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bundan öncə Litva XİN məsələ ilə bağlı Avropa Birliyinin bir sıra qurumlarına şikayət edib. Belə ki, AB xarici siyasət və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton, Avropa Komissiyasının vitse-prezidenti Siym Kallasa və bir sıra avrokomissarlara ünvanlanmış məktublarda Litva XİN rəhbəri Linas Linkyaviçus Rusiyanın apardığı gömrük siyasəti ilə bağlı narazılığını bildirib.

Qeyd edək ki, Rusiya cari ilin sentyabrın 11-dən Litvadan gələn yüklərə gücləndirilmiş nəzarət həyata keçirir. Litva XİN hesab edir ki, bu tədbirlər ticarət və nəqliyyata ciddi problemlər yaradır.

Bundan başqa, Rusiya sərhədçiləri avqustun 30-dan Litva dövlət nömrə nişanlı minik avtomobillərində də ciddi yoxlamalar aparır. Bu səbəbdən Litva XİN hətta ölkə vətəndaşlarına şəxsi avtomobillərlə Rusiyanın Kalininqrad vilayətinə getməkdən imtina etməyə çağırıb.

Linas Linkyaviçus iddia edir ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olarkən müqaviləyə zidd addımlar atmamağa dair öz üzərinə öhdəlik götürüb. “Lakin Rusiyanın indiki əməlləri bunu tam əksini nümayiş etdirir”, deyə nazir məktubda qeyd edib. Onun sözlərinə görə, qeyd olunan tədbirlər əsassızdır, açıq diskriminasiyadır və nəinki Litvanın, hətta bütüm Avropa Birliyinin nəqliyyat və ticarət sistemlərinin rəqabətliliyinə mənfi təsir göstərir.

Bundan başqa qeyd olunur ki, Rusiyanın Litvadakı səfiri Vladimir Çxikvadze XİN-ə çağırılıb və ondan yaranmış vəziyyətlə bağlı izahat tələb edilib.

Avropa Birliyi hesab edir ki, Rusiya tərəfinin addımları əsassızdır və tətbiq edilən məhdudiyyətlərin dərhal aradan götürülməsini tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR